İrəvan Parisdən "Saesar" üçün ehtiyat hissələri və sursatlar alacaq

 

Ermənistan Fransadan "Saesar" haubitsalar üçün ehtiyat hissələri və 155 mm-lik sursatlar alacaq.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "Forces Operations Blog"u yazır. 

Məlumata görə, Ermənistan "saesar" artilleriya sistemlərinin onuncu müştərisi olub. Müvafiq qərar Ermənistanın müdafiə naziri Suren Papikyanın "Eurosatory" müdafiə sərgisinə səfəri zamanı verilib.

"Ermənistan 36 özüyeriyən silah alacaq ki, bu da iki artilleriya batalyonunu təchiz etməyə kifayət edir. Bundan əlavə, KNDS şirkəti Ermənistan Müdafiə Nazirliyi ilə hərbi-texniki əməkdaşlıq haqqında müqavilə də imzalayıb. Ehtiyat hissələri ilə yanaşı, müqaviləyə 155 mm-lik döyüş sursatı partiyalarının tədarükü daxildir", - "Forces Operations Blog"u yazıb.

Mürtəza
Demokratikmusavat.com

0.20104002952576