İranda prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB

 

İranda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb və səslərin hesablanmasına başlanılıb.

"Report"un məlumatına görə, bunu İslam Respublikasının seçki qərargahının nümayəndəsi Möhsün Əslami deyib.

“Gecə yarısından sonra (yerli vaxtla, Bakı vaxtı ilə saat 00:30-da – red.) seçki məntəqələri bağlanır, qutular açılır və səslərin hesablanması başlayır”, - İRİB telekanalı rəsmidən sitat gətirir.

Seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi, lakin istilər səbəbindən günortadan sonra, havalar nisbətən sərinlənəndə uzun seçici növbələri yaranmağa başlayıb.

Buna görə də səsvermə vaxtı üç dəfə uzadılıb və nəticədə yerli vaxtla 00:00-da (Bakı vaxtı ilə 00:30) başa çatıb.

İranda prezidentin növbədənkənar seçkilərinə iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 8:30) start verilib. Seçkilər mayın 19-da ölkə prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar keçirilir. Prezidentlik yarışında dörd siyasətçi iştirak edir: mühafizəkarlar Məhəmməd Baqer Qalibaf, Səid Cəlili, Mustafa Purməhəmmədi və islahatçı Məsud Pezeşkiyan.

28.06.2024. 23:08

İranda prezident seçkiləri səsverməsi müddəti üçüncü dəfə uzadılıb, seçicilər yerli vaxtla saat 00:00-a (Bakı vaxtı ilə saat 00:30) qədər səs verə bilərlər.

Bu barədə "Report" İRİB telekanalına istinadən xəbər verir.

"Prezident seçkilərində səsvermə saat 00:00-a qədər uzadılıb", - İranın Seçki Komissiyasının nümayəndəsi Möhsün Əslami bildirib. Səsvermə müddəti iki dəfə, əvvəlcə saat 18:00-dan 20:00-a, sonra yerli vaxtla saat 22:00-a qədər uzadılıb. Çox güman ki, üçüncü uzadılma sonuncudur, sonra səslərin sayılması başlayacaq.

Havanın hərarəti azaldıqdan sonra seçki məntəqələrində səs vermək istəyənlərin böyük növbələri yaranıb. Məsələn, İranın cənubunda termometrlər müsbət 46 dərəcədən çox, ölkənin mərkəzində temperatur 35 dərəcə olub.

İranda prezidentin növbədənkənar seçkilərinə iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 8:30) start verilib. Onlar mayın 19-da ölkə prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar keçirilir. Prezidentlik yarışında dörd siyasətçi iştirak edir: mühafizəkarlar Məhəmməd Baqer Qalibaf, Səid Cəlili, Mustafa Purməhəmmədi və islahatçı Məsud Pezeşkiyan.

0.16139602661133