Əvvəlcə referendum, sonra sülhdən danışılmalıdır - Deputat

 

“Ermənistan tərəfi bir aya  sülh sazişi imzalamağa hazır olduğunu bəyan etməsi, əslində, İrəvanın sülh adı ilə spekulyasiya etməsidir. Əgər erməni tərəfi dediyində səmimidirsə, bəs o zaman sülh sazişini imzalamağa mane olan nədir? Əslində, İrəvan bu fikirləri ortaya atmaqla erməni cəmiyyətini aldadır”.

Demokratikmusavat.com xəbər verir ki, bunu deputat Elman Nəsirov parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bu gün sülhə mane olan əsas reallıq tamamilə başqadır. “Bu gün Ermənistan hələ də konstitusiyasında  Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası qalmaqdadır. Əgər Ermənistan sülh istəyirsə, o zaman ilk növbədə  referendum keçirib  qonşularına qarşı ərazi iddialarından imtina etməlidir. Bununla bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin prinspial mövqeyi var.   Bu olmadan sülhdən danışmağa dəyməz, bu  əslində sülhdən yayınmaqdır. Sülh haqqında ancaq referendumdan sonra danışmaq olar. Ona görə də Ermənistan əvvəlcə referendum edib konstitusiyasına dəyişiklik etməlidir, sonra isə sülh haqqında danışılmalıdır”, - deputat  qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.14683794975281