Berlin yaxınlığındakı Qrünheydedəki "Tesla" fabrikinin yaxınlığındakı meşədə İkinci Dünya müharibəsindən qalmış 250 kiloqramlıq bomba tapılıb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə "By" TV kanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
"Tesla" rəsmiləri fabrikinin yaxınlığında tapılan bombanın bu həftə sonu nəzarətli şəkildə partlatılacağını bildiriblər.
Xatırladaq ki, fevralın sonlarından iqlim fəalları zavodun ərazidə genişlənməsinə etiraz etmək üçün meşədə çadır düşərgəsi qurublar.