İlon Mask keçmiş arvadının toyuna getdi - FOTO

 

Dünyanın ən varlı adamı olan İlon Mask keçmiş arvadının toyuna gedib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, biznesmen 2 dəfə evlənib boşandığı aktrisa Talula Rileyin (Rayli) toy mərasiminə qatılıb.

Mask İngiltərədə baş tutan toya xüsusi təyyarəsi ilə yollanıb.

T.Riley həmyaşıdı olan (34) britaniyalı aktyor Tomas Brodi-Sanqster (34) ilə evlənib.
Milyarder ötən il öz sosial media platforması olan "X" də cütlüyün nişan mərasimini də təbrik etmişdi.

Qeyd edək ki, Mask və Rayli ilk dəfə 2010-cu ildə evlənsə də 2 il sonra boşanıb. Daha sonra 2013-cü ildə yenidən evlənən cütlük 2016-cı ildə yenidən münasibətlərini sonlandırıb. Keçmiş cütlüyün uşaqları yox idi.

Billurə

0.15528106689453