Şahzadə yaddaşını itirdi

 

Böyük Britaniya kraliçası II Yelizavetanın qızı şahzadə Anna bazar günü evdə baş verən qəzadan sonra xəstəxanaya yerləşdirilib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 73 yaşlı Şahzadənin Qlosterşirdəki evində yüngül xəsarətlər və beyin sarsıntısı keçirdiyi və onun Bristoldakı Southmead xəstəxanasında nəzarət altında saxlandığı açıqlanıb.

Kral ailəsinin açıqlamasında Annanın qəzasının mahiyyəti ilə bağlı heç bir təfərrüat verilməsə də, Şahzadənin atlarına baxarkən qəza keçirdiyi və atdan yıxılmış ola biləcəyi iddia edilib.


Şahzadə Anna qəzaya görə yaddaş itkisindən əziyyət çəkir. 

0.14148902893066