Dünyanın ən uzun dəmir yolu: 13 ölkədən keçir

 

Dəmiryolu səyahəti ən rahat, həyəcanverici və təhlükəsiz hesab olunur.  

Qatarlarda rahat yata və marşrutların uzunluğu sayəsində yorulmadan müxtəlif yerləri və ölkələri gəzə bilərsiniz.

Lent.az xarici mətbuata istinadən dünyanın ən uzun dəmiryolu səyahəti təqdim edir.


Xəttin uzunluğu 18 min kilometrdən çoxdur. Belə ki, Lissabonda qatara minsəniz, təxminən üç həftə ərzində Sinqapurda ola bilərsiniz.

Bu, Laosda Boten və Vyetyan şəhərləri arasındakı hissədə tikinti işlərinin başa çatdırılması sayəsində mümkün olub. Bu istiqamətdə səyahət edərkən 13 ölkəni görə bilərsiniz.

Mütəxəssislərin fikrincə, marşrut Avropa və Asiyanın ləzzətlərini birləşdirəcəyi üçün turistlər arasında populyarlaşa bilər.

0.17480492591858