ABŞ Rusiyaya qarşı bu ölkədən istifadə etdi, işə yaramadı: Çin ifşa etdi

 

Birləşmiş Ştatlar Şimali Koreyadan istifadə edərək Rusiya və Çin arasında çaxnaşma yaratmağa çalışdı, lakin Pekin Qərbin tələsinə düşməyəcək.

Publika.az xəbər verir ki, bu barədə “Global Times” Çin analitiklərinə istinadən yazır.

Bildirilir ki, Çinin iki qonşusu arasındakı sıx münasibətlər mövcud reallıqlara əsaslanır, onların tərəfdaşlığı Qərbin blokadasını poza bilər.

"Liaoning" Sosial Elmlər Akademiyasının Koreya məsələləri üzrə eksperti Lu Çao deyib ki, Çin Rusiya ilə Şimali Koreya arasında əməkdaşlığın güclənməsinə sevinir.

Analitikin fikrincə, bu ölkələrin tərəfdaşlığı regionda təhlükəsizliyi də təmin edəcək. Lu Çao vurğulayıb ki, Moskva ilə Pxenyan arasında münasibətlər Qərbin təzyiqləri fonunda mövcud reallıqlara əsaslanır.

Bundan əlavə, analitiklər əlavə ediblər ki, Birləşmiş Ştatlar düşərgə qarşıdurması mühiti yaradaraq regionda “Hind-Sakit okean strategiyası” adlanan strategiyanı həyata keçirməkdə qərarlıdır.

"Çin regional düşərgələr yaratmaq üçün istənilən tendensiyaya qarşıdır. Lakin ABŞ bu cür bölünməni özündən uydurur", - Lu deyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun Rusiya-Şimali Koreya Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin Moskva ilə Pekin arasında münasibətlərin pisləşməsinə səbəb ola biləcəyini bildirmişdi.

0.1815299987793