Paralel.az " xəbər verir ki, bu barədə Pe ..."> Paralel.az " xəbər verir ki, bu barədə Pe ...">

ABŞ və Rusiya müdafiə nazirləri telefonla danışıb

 

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilib ki, Pentaqon rəhbəri Lloyd Ostin Rusiyanın müdafiə naziri Andrey Belousovla telefonla danışıb. Nazirlər Ukrayna ətrafındakı münaqişəni müzakirə ediblər.

Eyni zamanda Ostin ABŞ və Rusiya hərbçiləri arasında əlaqə saxlamağın vacibliyini vurğulayıb.

Qeyd edəkki, Rusiya və ABŞ-ın müdafiə nazirliklərinin rəhbərləri sonuncu dəfə 2023-cü ilin martında telefon danışığı aparıblar.

O zaman Rusiyanın müdafiə naziri Sergey Şoyqu olub.

0.15264487266541