Şərurlu İsfəndiyar lift qəzasına düşən insanları həm təhqir edir, həm də təhdid…

 

Cəmiyyət düşünür ki, görəsən, Şərurlu İsfəndiyarın ədəbazlıqla müşayət olunan, insana şərəf gətirməyən qoçuluğunun qarşısını alan tapılacaqmı? Bir mənzili bir neçə Azərbaycan vətəndaşlarına satmaqla və müxtəlif maxinasiyalarla milyonlar qazanan, insanların başına minbir oyun açmaqdan həzz alan tikinti maqnatının ədası yeri-göyü dağıdır, adamların şərəf və ləyaqətini aşağılamaqdan zərrəcə çəkinmir.

Məlum olduğu kimi, Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində lift qırılıb. Xəsarət alan 8 nəfər şəxsdən (5-i qadın, 3-ü kişi olmaqla) 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Anaxeber.info yada salır ki, hadisə ötən həftə olub. Sakinlərin sözlərinə görə, liftlər nasazdır, tez-tez xarab olur, həyati təhlükə yaranır. Onlar yerli telekanallara şikayətində deyiblər ki, liftlərin yenilənməsi üçün dəfələrlə binaların komendatına müraciət olunub, amma faydası olmayıb.

Bu azmış kimi, hadisəyə görə şirkət rəhbəri İsfəndiyar Axundov liftdən istifadə edənləri günahlandırıb. O iddia edib ki, tros qırılmayıb, sadəcə, götürmə yükündən daha çox insan eyni anda liftə mindiyi üçün bu hadisə baş verib.

Yəni atalar demiş, utanmasan oynamağa nə var?! Şərurlu İsfəndiyar kimi tanınan iş adamına isə o qədər yalan danışıb ki, kiminsənin ona inanması qəribə olardı. Onun adı indiyə qədər o qədər qalmaqallı işlərdə hallanıb ki, verdiyi bu açıqlamaya kimsə aldanmaz.

İsfəndiyar Axundovun adı mənzil fırıldağı, keyfiyyətsiz bina tikintisi və digər mənfi məsələlərdə çox çəkilib. İnternet resurslarında saysız-hesabsız faktlara rast gəlmək mümkündür. O baxımdan liftin qırılmasında sakinləri qınaması Şərurlu İsfəndiyarın özünə yaraşan açıqlamadır.

Üstəlik, bu bədbəxt hadisədən sonra ağır çəkili şəxslərin liftə mindiyini üçün bu qəzanın baş verdiyini açıqlayıb. Halbuki telekanallara danışan sakinlər deyirlər ki, hər həftə liftlər xarab olur, bir sakin liftə minəndə, digəri gözləməyə məcbur olur.

Ümumiyyətlə, “Şərur” MTK-da binalarla maraqlanan, sakinlərin taleyinə diqqətlə yanaşan heç kim yoxdur. Ona görə ki İsfəndiyar Axundov artıq bu binaları təhvil verib, heç nə ilə maraqlanmır, yeni qazanc mənbələri axtarışındadır. Hərçənd, bu hadisəyə görə ona cinayət işi açılmalıdır.

Hüquqşünasların rəyi budur ki, liftin qırılması nəticəsində insanlar ölə bilərdi, sadəcə, onların bəxti gətirib ölümdən dönüblər. Amma bu, ölkədə hara istəsə, ata minib camaatı oynadan Şərurlu İsfəndiyarı məsuliyyətdən azad etmir.

Hazırda Xətai rayon prokurorluğu araşdırma aparır, lakin ilk gündən cinayət işinin açılmasına zərurət yaranmışdı. Üstəlik, İsfəndiyar Axundov insanları təhqir edərək deyib ki, onlardan biri 150 kq olub. Sözsüz ki, bu yalandır. Və bunu kimin deməsi də qəribədir. Bütün hallarda işə bu hadisəyə hüquqi qiymət verilməlidir.

Söhbət 8 nəfər insanın taleyindən və xəsarət almasından gedir. Eyni zamanda, şansı gətirib ölməyən bu sakinlərin sayəsində indi bütün binaların liftləri yenilənməli və insanların təhlükəsizliyi təmin olunmalıdır.

Onu da əlavə edək ki, Şərurlu İsfəndiyar ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun qaranlıq biznes şəbəkəsi ilə bağlı zaman-zaman məlumatlar yayılıb: inşa etdirdiyi yeni tikililərdə bir mənzili beş adama satmaq; fırıldaq yolu ilə insanların milyonlarla pulunu mənimsəmək kimi yaramaz işlərlə məşğul olan bu şəxsin adının qarşısına bütün qeyri-qanuni əməlləri düzmək mümkündür. Amma nə fayda?!

Bütün bunlara rəğmən, İsfəndiyar Axundov eyni xoşagəlməz, insan şəxsiyyətinə yaraşmayan fəaliyyəti davam etdirməkdədir. “Şərurlu İsfəndiyar”ın keçmiş MTN şefi Eldar Mahmudovla qaranlıq əlaqələrə malik olduğuna dair xəbərlər yayılmışdı, deyəsən, o əlaqənin də təfərrüatı açılmadı...(cumhuriyyet.az)

Demokratikmusavat.com

 

0.14431619644165