Kredit götürənlərin diqqətinə: Qaydalar dəyişdirildi - VİDEO

 

Fiziki şəxslərə kredit verilməsi ilə bağlı yeni qərar verilib. Mərkəzi Bank "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişiklik edib.

Xəzər TV bildirir ki, yeni qərara əsasən fiziki şəxslə kredit, o cümlədən məsafədən kredit müqaviləsi bağlanmazdan əvvəl bank müştəriyə həmin kredit üzrə onunla bağlı risklərə təminat verilməsini nəzərdə tutan sığorta müqaviləsinin də bağlanmasını təklif edəcək.

Yeni qərarla əmək qabiliyyətinin itirilməsi hallarından da sığorta nəzərdə tutulur.

Bununla yanaşı bir sıra xəstəliklər və hallar müqaviləyə əsasən sığorta ödənişindən imtina hesab edilə bilər. Narkotik maddələrin, spirtli içkinin və digər zərərli vərdişlər nəticəsində şəxs həyatını itirərsə onun kredit ödənişi sığorta şirkəti tərəfindən ödənməyəcək.

Eksperlər bildirir ki, yeni qaydalara görə sığorta haqqı alınan kreditinin minimum 0,1 faizi həcmində hesablanacaq. Kredit götürənin sağlamlıq vəziyyəti və yaşı bu məbləğin formalaşmasında əsas rol oynayır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

0.1126868724823