"Ukraynanın gələcəyi NATO-ya tamhüquqlu üzvü olmasından keçir. Yalnız bu, Ukraynada davamlı sülhü təmin edə bilər".
Demokratikmusavat.com xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq NATO xarici işlər nazirlərinin görüşünün yekununu şərh edərkən deyib.
"Biz hamımız istəyirik ki, müharibə bitsin. Lakin paradoks ondan ibarətdir ki, biz uzunmüddətli perspektivə nə qədər yaxşı hazırlaşsaq, müharibə də bir o qədər tez bitə bilər", - o qeyd edib.
Ukraynanın Alyansa üzvlük məsələsinə gəldikdə Stoltenberq deyib ki, Ukraynanın NATO-ya üzvlük yolunu müzakirə ediblər.
"Müttəfiqlər razılaşırlar ki, Ukraynanın gələcəyi NATO-dadır. Biz bu yolda irəliləyiş əldə etmək əzmindəyik. Üzvlük Ukraynanın əsas təhlükəsizliyinə zəmanət olacaq. Bu, davamlı sülhü təmin edəcək", - Baş katib bildirib.