Rusiyanın Amur vilayətində kömürlə yüklənmiş yük qatarının 29 vaqonu relsdən çıxıb.
APA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsi məlumat yayıb.
Qəza nəticəsində 29 vaqon, iki dayaq və naqillər sıradan çıxıb.
Qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Xəsarət alan yoxdur.