Tibb tarixində ilk – Xəstə şəkərdən tam sağaldı

 

Tarixdə ilk dəfə olaraq, diabet xəstəsi tam sağalıb.

“Medicina” xəbər verir ki, Çində 59 yaşlı kişi II tip diabetdən kök hüceyrə terapiyası ilə sağalıb.

Tədqiqatın nəticələri Cell Discovery jurnalında dərc olunub.
Pasiyentə 2 dəfə, 2021- ci ildə kök hüceyrə transplantasiyası olunub. 2022- ci ildən o, diabet dərmanlarını qbul etməyib və qanda qlükozanın səviyyəsi normal qalıb.

Bu müalicəyə qədər xəstə 23 il idi diabet xəstəsi idi. Demək olar ki, mədəaltı vəzin bütün insulin hasil edən hüceyrələrini itirmişdi.

Bu xəstələr daim insulin iynələrindən asılıdır, ürək, böyrək, sinir problemləri olur.

Aılimlər laboratoriyada kök hüceyrələrdən mədəaltı vəzin hüceyrələrini yaradıblar.

Məsələ ondadır ki, kök hüceyrələr istənilən tip hüceyrələrə çevrilə bilir.
Bu tədqiqatda alimlər hüceyrələri mədəaltı vəz hüceyrələrinə çevirən kokteyldən istifadə ediblər.

Bu vaxta qədər heç bir klinik tədqiqat və metodla şəkər xəstəsi tam sağala bilməyib.

0.20178198814392