İsrail tankları Rəfahın mərkəzinə daxil olub

 

Beynəlxalq ictimaiyyətin hücumu dayandırmaq çağırışlarına baxmayaraq, İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyatlarını davam etdirir. İsrailin üç həftəlik əməliyyatlarında ilk dəfə Rəfah şəhərinin mərkəzində bir neçə ÇAXAL tankı, eləcə də digər zirehli maşınlar görünüb.

Ölkə.Az "reuters"ə istinadən xəbər verir ki, şahidlər şəhərin mərkəzi hissəsində yerləşən Əl-Auda məscidinin yaxınlığında hərbi texnika görüblər.

İsrail Müdafiə Qüvvələrinin mətbuat mərkəzi şəhərin mərkəzinə doğru irəliləyişlər barədə xəbərləri şərh etməyib, yalnız Rəfahda hərbi əməliyyatın davam etdiyini bildirib. 

Mayın 27-nə keçən gecə İsrail Əl-Bureyc qaçqın düşərgəsinə hücum edib. 

İsrail ordusunun verdiyi açıqlamaya görə, zərbə mülki əhaliyə zərər verməməyə hesablanıb, lakin Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, zərbə nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 45 nəfər həlak olub.

Mürtəza
Ölkə.Az

0.18464183807373