Afrika ölkəsində fövqəladə vəziyyət elan edildi

 

Namibiya prezidenti Nanqolo Mbumba quraqlıq səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib.

"Namibiyada davam edən quraqlıq səbəbindən fövqəladə vəziyyət hökm sürür ki, bu da milli fəlakətə çevrilib. Quraqlıq ölkənin bütün bölgələrinə təsir edib", - deyə dövlət başçısı bildirib.

Namibiya hakimiyyəti quraqlıqdan zərər çəkmiş əhaliyə yardım proqramının həyata keçirilməsində kömək üçün beynəlxalq ictimaiyyətə müraciət edib. Bunun üçün Cənubi Afrika ölkəsinə 45 milyon dollar əlavə vəsait lazımdır.(oxu.az)

 

0.17890405654907