Ali Radanın vitse-spikeri: Azərbaycan 28 Mayı suverenliyinin bərpası ilə qeyd edir

 

Bu günü Azərbaycan xüsusilə xoşbəxt bir atmosferdə - beynəlxalq səviyyədə tanınmış sərhədlərdə suverenliyinin bərpası ilə qeyd edir.

"Report" xəbər verir ki, bu sözlər Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyukun "X" hesabındakı 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşımında yer alıb.

"106 il əvvəl ilk dəfə müstəqil dünyəvi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılıb, eyni zamanda Azərbaycan Parlamenti də yaradılıb. Azərbaycan xalqına dayanıqlı sülh, əmin-amanlıq, azad olunmuş ərazilərin yenidən qurulması və inteqrasiyasını arzulayıram!", - paylaşımda deyilir.

O.Kondratyuk həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə Azərbaycanın dəyişməz mövqeyini yüksək qiymətləndirdiyini qeyd edib:

"Davamlı humanitar yardıma görə təşəkkür edirik. Müharibədən zərər çəkmiş ukraynalı uşaqların istirahəti və reabilitasiyası üçün səmimi və qonaqpərvər qəbula görə minnətdarıq. Biz Azərbaycanın Ukrayna ərazisində humnitar minatəmizləmə işinə verdiyi maddi töhfəni yüksək dəyərləndiririk".

 
 
 
 
 
0.16584396362305