İlon Mask səudiyyəli zənginlərin milyardlarla dollarını "ələ keçirdi"

 

Məhsuldar süni intellektin yüksələn tendensiyası ilə ayaqlaşmaq istəyən İlon Maskın əsasını qoyduğu xAI təşəbbüsü yoluna davam edir. "Grok chat" (söhbət) robotunun buraxılması ilə diqqət çəkən startap dəyərini artırıb.

Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, xAI, Google Gemini və ChatGPT kimi rəqiblərindən fərqlənməyi bacarıb.

xAI 6 milyard dollarlıq investisiya turunu tamamlayaraq və ümumi dəyərini 18 milyard dollara çatdırmağı bacarıb. 

xAI-yə daha çox Səudiyyə Ərəbistanın zənginləri milyardlarla sərmayə qoyub.

"xAI təşəbbüsü dürüst, rəqabətədavamlı və bütün bəşəriyyət üçün faydalı olan süni intellekt sistemlərini inkişaf etdirmək məqsədi daşıyır.

Grok robotunun istifadəçilərə verdiyi cavablar bu baxımdan olduqca təəccüblü olub. Grok yalnız X Premium istifadəçiləri üçün əlçatandır", - deyə məlumatda bildirilib.

Mürtəza
Ölkə.Az

0.16948986053467