Gürcüstan parlamenti prezidentin qoyduğu vetonu ləğv edib

 

Gürcüstan parlamenti Prezidünt Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna vetosunu ləğv edib.

Parlamentin plenar sessiyasında keçirilən səsvermədə 84 deputat vetonun aradan qaldırılmasını dəstəkləyib, 4 deputat əleyhinə çıxdı.

Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili mayın 18-də “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub .

 

0.16973495483398