Bu kənddə hər kəs milyonçudur - FOTO

 

Çinin Huaxi kəndi dünyanın ən zəngin kəndi kimi tanınır və bu xüsusiyyəti ilə çox diqqət çəkir.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, 1950-ci illərin əvvəllərində Vu Renbaonun kənd kommunist partiyası komitəsinin katibi təyin edilməsi ilə başlayan proses zaman keçdikcə maraqlı bir hal alıb.

1969-cu ildə kənddə fabrik quran Renbao kənddə tekstildən polad istehsalına qədər 12 şirkət qurdu və kəndi 1998-ci ildə Çin birjasına daxil edib.

Fabrik yaranana qədər əkinçiliklə məskunlaşan 600-ə yaxın kənd əhalisi bu iqtisadi gedişlə kənd təsərrüfatını tərk edərək sənayeyə qədəm qoyub. Kəndin yerliləri təkcə fabrikdə fəhlə sinfi kimi işləmədilər.

Huaxidə yaşayan hər kəs "Huaxi Village Corporation" adlı şirkətin səhmdarlarına çevrilib. Kənddə yaradılmış bütün şirkətlərin gəlirləri ilin sonunda 20% payla bütün kənd sakinlərinə paylanıb.

Bu üsulla kənddə bir nəfər də olsun kasıb qalmayıb.

Hazırda Huaxi kəndində 2 min insan dəbdəbəli həyat sürür. Bununla belə, kəndlilər ciddi sosial qaydalar qoyulub.
Qumar və narkotik maddələr qəti qadağandır. Barlar, klublar, internet kafelər və karaoke zalları yoxdur. 

Hüquqşünas Yuan Yulai AFP-yə açıqlamasında deyib ki, kəndlilər zəngin olsalar belə, kəndi tərk edərkən şəxsi aktivlərini ala bilmirlər:

"Ona görə də aktivlərin kəndlilərə məxsus olub-olmaması şübhəlidir".

Kənd sakinlərinin bankdakı pullarından istifadə etmək üçün də icazə lazımdır. Pullarını çıxarsalar belə, yenə də kənd daxilində mülk və ya torpaq almaq üçün istifadə etməli olurlar. Belə istifadə etməsələr, öz banklarından pul çıxarmağa icazə verilmir. Burada nə qədər varlı olsan da, sərvətini kənddən çıxarmaq olmaz.

Kənd sakinləri üçün məcburi bir şərt də qoyulub. Hər kəs "kəndin yaxşılığı üçün" həftənin 7 günü işləməyə məcburdur.

Dünyanın ən zəngin kəndi hazırda 80 fabrik var. Üstəlik, işçilərin heç də hamısı yerli sakinlər deyil. On minlərlə insan Huaxi şəhərinə polad və tekstil fabriklərində, eləcə də turizm sənayesində işləmək üçün gəlir. Kənardan gələnlər bu kəndin yerli sakinlərə təklif etdiyi möhtəşəm dəbdəbələrdən öz paylarını ala bilmirlər.

Bu kiçik Çin kəndinə hər il təxminən 2 milyon turist "nümunəvi sosialist kəndi"ni görmək üçün gəlir.

Billlurə Yunus

0.15424990653992