ABŞ-nin Merilend Universitetində Müstəqillik Günü ərəfəsində Azərbaycanla bağlı təqdimat keçirilib.
Ölkə.Az xəbər verir ki, təqdimatda ölkəmizin tarixi, bu günü və noyabr ayında Bakıda keçiriləcək COP29 iqlim sammiti barədə tədbir iştirakçılarına məlumat verilib.
Tədbirdə çıxış edən Azərbaycanın birləşmiş ştatlarda səfirliyinin konusulu Ceyhun Novruzov isə ölkəmizin yerləşdiyi coğrafi mövqe, zəngin mədəni irsi, eləcə də müstəqil dövlət kimi davamlı inkişafından, müasir beynəlxalq münasibətlər sistemində, xüsusən də enerji təhlükəsizliyi, qlobal geosiyasi proseslərdə oynadığı mühüm rol barədə geniş məlumat verib.
Tədbirdə daha sonra Universitetin Azərbaycan Tələbə İcmasının üzvləri Fazil Məmmədli və Cavid Rəhimli Azərbaycanla bağlı geniş təqdimatla çıxış ediblər. Azərbaycanlı tələbələr təqdimatlarında Azərbaycanın tarixi mədəniyyəti, müasir beynəlxalq münasibətlər sistemində əhəmiyyəti və oynadığı rol, İkinci Qarabağ müharibəsini yaradan səbəblər, Ermənistanın işğalına son verilməsi. işğaldan azad olunmuş torpaqlarda aparılan abadlıq-quruculuq işləri, "Böyük Qayıdış" proqramının uğurlu icrası məlumat veriblər. Tələbələr tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Mürtəza
Ölkə.Az