Xərçəngdən müalicə olunan 55 yaşlı kişinin saç-saqqalı qaraldı

 

Antalyada dərzi işləyən Cəmil Şimşək adlı şəxsin ağaran saç-saqqalı xərçəng müalicəsindən sonra yenidən qaralmağa başlayıb.

Medicina.az xəbər verir ki, 55 yaşlı Cəmil Şimşək bağırsaq xərçəngi müalicəsindən sonra saç-saqqalının qaraldığını görəndə çox təəccüblənib.

Ancaq Akdeniz Universitetindən dosent. Dr. Mustafa Karaca bu vəziyyətin səbəbini izah edib.
“24 il əvvəl insan hüceyrəsinin DNT-si aşkar edildikdən sonra xərçəng hüceyrəsinin DNT-si də məlum oldu. Xərçəngə səbəb olan mutasiyanı bilsək, bu mutasiya üçün xüsusi dərmanlar hazırlaya bilirik. Ağıllı dərmanlar döş, ağciyər, yoğun bağırsaq, dəri və baş kimi çox tez-tez gördüyümüz 30-dan çox xərçəng növünə qarşı tətbiq edilir. Kimyaterapiya sağlam hüceyrələri də öldürdüyü halda, ağıllı dərmanlar yalnız xərçəng hüceyrələrinə müdaxilə edir. Lakin ağıllı dərmanların da özünəməxsus əks təsirləri var”, - deyə həkim qeyd edib.

O, həmin əks təsirlərin çox vaxt tüklərdə üzə çıxdığını vurğulayıb:

“Xəstələrimiz bəzən 20-25 yaşlarında olur. Müalicədən sonra saçları, saqqalları, qaşları ağarır. Bəzi pasientlərimizin düz saçları buruqlaşır. Eyni zamanda ağarmış saçlar yenidən qarala da bilər”.

0.14503502845764