Ermənistanda hakimiyyət dəyişikliyi ən çox Rusiyaya lazımdır - Qaqik Melkonyan

 

Ermənistanda hakimiyyət dəyişikliyi ən çox Rusiyaya lazımdır ki, biz onların vassalı olaraq qalaq. 

Demokratikmusavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim partiyasından olan deputatı Qaqik Melkonyan deyib.

Onun fikrincə, Ermənistanın müstəqil siyasət yürütməsi, Rusiyanın xoşuna gəlmir. “İndi biz müəyyən ölkələrlə əlaqələri inkişaf etdirə bilərik, ya yox, soruşmuruq. Bu da onları incidir. Biz ya həmişə icazə almışıq, ya da bizim əvəzimizə danışıblar”, - deyə deputat qeyd edib.

O əmin edib ki, “Vətən naminə” hərəkatı Rusiya tərəfindən təhrik edilib və Ermənistan hakimiyyəti bunun arxasında kimin dayandığını görür. “Deyirlər ki, Rusiyadan Ermənistana avtoyürüşlə gedirlər? Nə üçün? Bizim dövlətimiz olmasın deyə. Bu hərəkatın arxasında ölkəmizi satıb Rusiyaya verənlər dayanır. Biz 30 ildir ki, müstəqil dövlət deyildik, çünki bizim xarici siyasətimiz həmişə Rusiya tərəfindən həyata keçirilib. 2020-ci ilə qədər biz başqa ölkələrlə silah ticarəti haqqında düşünmürdük və bütün ümidimiz Rusiyaya idi. Bu gün biz xarici siyasəti özümüz həyata keçiririk və heç kim deyə bilməz ki, kiminlə dost olaq, ya yox”, - Melkonyan vurğulayıb.

 

 

0.15924692153931