Rusiyalı general: Bu ölkələr işğal edilib Rusiyaya birləşdirilməlidir

 

Moskvadan ilk dəfə gözlənilməz açıq bəyanat səsləndirilib.

Bu üç ölkənin bəzi əraziləri Rusiyaya biləşdirilməlidir.

Ölkə.Az xəbər verir ki, belə bir bəyanatla rusiyalı general-mayor Nikolay Plotnikov çıxış edib.

O bildirib ki, Estoniyada Narva, Latviyada Dauqavpils və Litvada Klaypeda işğal edilərək Rusiya ərazisinə birləşdirilməlidir.

Plotnikov deyib ki, Putin Lenin və Stalinin tarixi səhvlərini düzəltməli və bəzi Avropa ölkələrini işğal edib Rusiyaya qatmalıdır.

O, Baltik ölkələrinin də adını konkret səsləndirib.

Ordudakı vəzifəsi ilə yanaşı, siyasi ekspert və akademik kimi də fəaliyyət göstərən Plotnikov dövlət televiziyasında çıxış edərək deyib ki, bu ölkələrdə insanlar Ukraynaya dəstəyi dayandırmalıdırlar, əks halda bunun ağır nəticələrini yaşamalı olacaqlar.

Onu da qeyd edək ki, əgər Rusiya bu ölkələrə hücum edərsə, digər NATO ölkələrinin NATO-nun 5-ci maddəsinə uyğun olaraq, Rusiyaya qarşı cavab tədbirləri görmək imkanı var.

Mürtəza
Ölkə.Az

0.17308497428894