Türkiyənin cənub-şərqində Mersin şəhəri yaxınlığında dəhşətli avtomobil qəzası baş verib.
Ölkə.az xəbər verir ki, qəza nəticəsində 11 nəfər ölüb, 39 nəfər yaralanıb.
Mesin valisi Əli Həmzə Pehlivan bildirib ki, Mersin-Adana magistral yolunda respublikanın cənub-şərqində yerləşən Diyarbəkir şəhərinə gedən avtobusla əks zolaqla hərəkət edən yük maşını ilə toqquşub.
Qəza zamanı 11 nəfər ölüb, 39 nəfər yaralanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mürtəza
Ölkə.Az