Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Daşkəndə iki günlük səfərə gəlib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, Rusiya lideri Özbəkistan lideri Şavkat Mirziyoyev ilə danışıqlar aparacaq.
Rusiya-Özbəkistan münasibətlərinin vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə edəcək, aktual regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar. Bir sıra birgə sənədlərin imzalanacağı qeyd olunur.