Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərindəki “Episentr” inşaat hipermarketini atəşə tutması nəticəsində ölənlərin sayı 16-ya yüksəlib.
Demokratikmusavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının başçısı Oleh Sinehubov teleqramda bildirib.
“Təəssüf ki, ölənlərin artıq 16 nəfərdir. Məlumatlar yenilənir”, – o qeyd edib.
Xatırladaq ki, martın 25-də Rusiya Silahlı Qüvvələri Xarkovu dörd dəfə atəşə tutub. Səhər tezdən Rusiya Silahlı Qüvvələri liseyi vurub, sonra tikinti hipermarketinə iki idarə olunan aviabomba atıb. Digəri isə mərkəzi mədəniyyət və istirahət parkına düşsə də, partlamayıb.
Dördüncü zərbə isə axşam saatlarında Şevçenko rayonundakı sıx yaşayış binalarına endirilib.
Nəticədə çoxsaylı ölənlərlə yanaşı 40-dan çox insan da yaralanıb. Sözügedən hipermarket dağılıb. Zərbə 15 000 kvadratmetr ərazini əhatə edən yanğına səbəb olub.