Kobaxidze: Gürcüstan Avropa ailəsinin tamhüquqlu üzvü olmalıdır

 

Vahid və güclü Gürcüstan 2030-cu ildə Avropa ailəsinin tamhüquqlu üzvü olmalıdır.

"Ölkə.az" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Müstəqillik Günü münasibətilə çıxışında deyib.

"Bizim gürcü arzumuz 2030-cu ildə abxaz və osetinlərlə birlikdə vahid Gürcüstanda yaşamaqdır", - Baş nazir bildirib.

O, qeyd edib ki, ölkə Gürcüstanın suverenliyini və müstəqilliyini qoruyan hökumət tərəfindən idarə olunur:

"Bu gün hər zamankından daha çox bir-birimizin qayğısına qalmalı və nifrətə qalib gəlməliyik, çünki düşmənçiliyin məhv etdiyi şey ancaq sevgi ilə bərpa oluna bilər".

Qeyd edək ki, mayın 26-da Gürcüstanda müstəqillik günü qeyd olunur. Paytaxt Tbilisi ilə yanaşı, ölkənin 18 şəhərində bayram tədbirləri keçirilir.

0.18184089660645