ABŞ-yə qanunsuz yolla girən türkiyəlinin sözləri İlon Maskı da təəccübləndirdi - VİDEO

 

ABŞ-yə qeyri-qanuni yollarla daxil olan Türkiyə vətəndaşının sözləri "sPace"xin CEO-su ilon Maskı təəccübləndirib.

Demokratikmusavat.com "haberler.com"a istinadla xəbər verir ki, Meksika vasitəsilə ABŞ-a daxil olan Türkiyə vətəndaşı "Fox News"un müxbiri Bill Meluqinin suallarını cavablandırıb.

Adı açıqlanmayan Türkiyə vətəndaşının sözləri diqqət çəkib. O, Meksikadakı bir kartelə təxminən 10 min dollar ödəyərək sərhədi keçdiyini bildirib.

"Əslində, Amerika xalqı tamamilə haqlıdır. Bu ölkəyə kim gəlir? Onlar bilmirlər. Yaxşı, mən yaxşıyam. Bəs başqaları yaxşı deyilsə? Onlar qatil, psixopat və ya başqa bir şeydirsə? Bunun heç bir qarantiyası yoxdur" - o deyib.

Müxbir müsahibəsini "X" sosial şəbəkəsində paylaşıb. ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Meluqinin paylaşımına cavab verib.

"Ölkəyə qeyri-qanuni daxil olan şəxslər sərhəd təhlükəsizliyinə Baydendən daha çox diqqət yetirdiyində onun necə uğursuz biri olduğunu başa düşürsünüz" - M.Conson yazıb.

"Tesla" və "SpaceX"in baş icraçı direktoru İ.Mask da Türkiyə vətəndaşının sözlərinə təəccübünü gizlədə bilməyib.
O, paylaşıma "ciddi" sözləri ilə reaksiya verib.

 

0.16614317893982