Husilərin lideri Aralıq dənizindəki hədəflərə zərbələr endirildiyini açıqlayıb

 

Husilər Aralıq dənizindəki hədəflərə aviazərbələr endirib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə husilərə məxsus “Əl Məsirə” telekanalı ilə çıxışı zamanı hərəkatın lideri Abdel Malik əl-Husi məlumat verib.

Yəmənin “Ənsarullah” hərəkatının lideri deyib ki, bu həftə həyata keçirilən əməliyyatlardan biri Aralıq dənizi akvatoriyasındakı hədəflərə qarşı olub:

“Bu həftə Qırmızı və Ərəb dənizlərində, Ədən körfəzində və Hind okeanında 15 raket və pilotsuz uçuş aparatından istifadə edilməklə ümumilikdə 8 əməliyyat həyata keçirilib. Bununla hücuma məruz qalmış İsrail, eləcə də onların havadarları amerikalılar və ingilislərlə əlaqəli olan gəmilərin sayı 119-a çatıb”.

 

0.14532399177551