Qlobal bazarda qızıl qiymətləri yüksəlib.
"Ölkə.Az"ın məlumatına görə, qızılın unsiyası günün ilk əməliyyatlarında 2 392 dollar hədlərinə yüksələrək aprel ayından bu yana ən yüksək səviyyəyə çatıb.
Buna səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabr ayından etibarən faiz dərəcələrini endirməsi ehtimalının güclənməsi olub. Belə ki, ABŞ-də dünən açıqlanan inflyasiya dərəcəsi aylıq olaraq gözləntilərin altında olub. Aprel ayı üzrə inflyasiya dərəcəsi 0,3% təşkil edib.
Faiz endirimi ilə bağlı gözləntilər dolların əsas valyutalar qarşısında ucuzlaşaraq bir neçə həftənin minimumuna enməsinə səbəb olub.
Könül
Ölkə.Az