İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir - FOTO

 

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ayaz Həbibulla oğlu Ağayevin meyitinin qalıqları İsmayıllı rayonuna gətirilib.

“Report” xəbər verir ki, şəhidin nəşi rayonun Hacıhətəmli kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Ayaz Həbibulla oğlu Ağayev 1975-ci il avqustun 29-da anadan olub. O, 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

A.Ağayev Hacıhətəmli kənd qəbiristanlığında dəfn olunacaq.

0.14437294006348