Köçəryanın əmlakları müsadirə olunur - yığdığı "səltənət" açıqlandı

 

Baş Prokurorluq Ermənistan sabiq prezidenti Robert Köçəryan və ona yaxın olan 7 şəxsin 25 vahid daşınmaz əmlakın müsadirə edilməsi barədə tələb təqdim edib.

Ölkə.Az xəbər verir ki, bu bartədə Ermənistanın baş prokuroru Anna Vardapetyan deyib.

Baş prokuror bildirib ki, prokurorluq Köçəryanlara məxsus əmlak və maliyyə ilə bağlı araşdırma apardıqlarını və bir sıra qanun pozuntuları aşkar ediblər.

Araşdırma zamanı Köçəryanın 5 nəqliyyat vasitəsini, 1,5 milyon ABŞ dollarından artıq məbləğdə depozitlər və qiymətli kağızları, fiziki və hüquqi şəxslərə verilən təxminən 10 milyard dram (təxminən 26 milyon ABŞ dolları) məbləğində kreditlər; qeyri-qanuni mənşəli vəsaitlərin, vicdanlı üçüncü şəxslərə ötürülən vəsaitlərin və müəyyən edilməmiş digər xərclənmiş vəsaitlərin ümumi qalığını ifadə edən təxminən 22 milyard dram (təxminən 57 milyon ABŞ dolları) və digərləri müəyyən edilib.

Vardapetyan deyib ki, prokurorluq Köçəryanın əldə etdiyi qanunsuz əmlaka və vəsaitləri müsadirə etməklə bağlı  məsələni aidiyyəti quruma təqdim edib.

Mürtəza
Ölkə.Az

0.22942590713501