Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək

 

Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən bərpa ediləcək.

Ölkə.az xəbər verir ki, bunu Report-a açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib.

"Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbaycan humanist missiyasını davam etdirərək İrpendə dağılmış daha 4 obyektin yenidən tikintisini həyata keçirəcək. Biz Azərbaycana müharibədən əziyyət çəkən şəhərimizə davam etdirdiyi humanitar yardımına görə dərin minnətdarıq", - mer əlavə edib.

Qeyd edək ki, Azərbaycan buna qədər İrpendə humanitar yardım çərçivəsində akademik Zərifə Əliyeva adına orta ümumtəhsil liseyini və şəhərdə iri xəstəxananı əsaslı təmir edib.

0.7104229927063