“4 kəndin işğaldan azad olunması xəbəri 44 günlük müharibədə Ali Baş Komandanın xalqa tarixi müraciətlərinin davamıdır. Təkcə Qarabağ və ətraf ərazilərdə deyil, daha böyük corafiyalarda itirdiyimiz tarixi yurd yerlərinin qaytarılması İlham Əliyevi son 3 əsrin qəhrəmanına çevirir. Bir kəndin-Nüvədinin itirilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi tarixi reallığı, indi qaytarılan 4 kəndin ərazisindən daha böyük mənəvi-siyasi və hərbi-təhlükəsizlik əhəmiyyətini sübut edir”.
Ölkə.Az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc parlamentin iclası zamanı deyib.
“İndi sərhəd xətlərini ordunun və diplomatiyanın gücü ilə yenidən çəkən, Rəsulzadənin, Nərimanovun, Bağırovun yarımçıq qalan arzularını gerçəkləşdirən lider məhz sobiratel zemeldir. “Torpaqları toplayanda millət də, dövlət də böyüyür”, - o qeyd edib.
O əlavə edib ki, Prezident dünən kollektiv Qərblə savaşan Putinə onun 1960 nəfərlik ordusundan çox, məhz Azərbaycanın qlobal fitvalara qoşulmadan, forpost olmadan, Bakıdan Mokvaya zərbə vurulmayacağına zəmanət verir: “Ən böyük sülhməramlı da odur - bizim liderdir”.
Deputat əlavə edib ki, Ermənistanın siyasi qətnamə və silahlarla təchizinin Azərbaycana qarşı olmadığını, “İrəvan müharibəyə hazırlaşırsa, niyə 4 kəndi sülh yolu ilə qaytarır” deyənlər bilsin ki, Paşinyanı belə addıma vadar edən 44 üstəgəl bir gündür:
“Şuşa və Xankəndi Zəfərinin, bütövlüyümüzün memarının məhz Ulu öndər olduğunu deyərkən dünən Kremldə Heydər Əliyevin misilsiz xidmətlərinin vurğulanmasını XXI əsrin qlobal siyasətini müəyyən edən Baykal-Amur Magistralının Zəngəzur dəhlizi ilə birləşəcəyini, nəhəng Şimal-Cənub marşrutuna da yaşıl işıq salacağını qürurla söyləməliyik!
Əlbəttə, kəndlərin qaytarılmasına ya bütövlükdə, ya da birtərəfli olduğu üçün etiraz edən “26 sentyabr beyinli”lərə də Paşinyanın dili ilə cavab verməliyik. Erməni Baş nazir Bakının ultimatumunu son bir ayda iki dəfə Tavuş camaatına çatdırarkən xəbərdar etdi ki, əgər razılaşmasanız, regionda partlayış olacaq. Yəni, sadə dilə çevirsək, Paşinyan demək istəmişdi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”.
Mürtəza
Ölkə.Az