Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan qısa müddətdə müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər.
Demokratikmusavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Gümrüdə yerləşən 102-ci hərbi baza ilə bağlı sualı cavablandıran Kreml sözçüsü bildirib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal yoxdur.
“Yenə də bununla bağlı heç bir siqnal olmadı. Biz gözləyirik ki, ən yaxın müddətdə prezident Putin və baş nazir Paşinyan bu və lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”, - Peskov Rusiya sərhədçi postlarının geri çəkilməsi ilə bağlı bəyanatları şərh edərkən deyib.