Azərbaycanla bağlı çox şey dəyişəcək - Paşinyan 

 

Ermənistan dövlətçiliyinin forpost məntiqi ilə inkişaf etməsini istəyən qüvvələr var.

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası haqqında saziş iki ölkə arasındakı münasibətlərində çox şeyi dəyişəcək.  

“Aydındır ki, Ermənistanın suverenliyinin inkişafını istəməyən qüvvələr var. Onlar Ermənistanın kimliyinin və ya dövlətçiliyinin forpost məntiqi ilə inkişaf etməsini istəyirlər. Onlar hər şeyi edəcəklər ki, Ermənistanın öz suveren qərarını həyata keçirmək imkanı olmasın", - Paşinyan qeyd edib.

Mürtəza
Ölkə.Az

0.38295388221741