Müğənni Ülviyyə Namazova teleproqramlardan birində şəxsi həyatı barədə danışıb.
Ölkə.az lent.az-a istinadla xəbər verir ki, o, iki dəfə ailə qurduğunu, ilk ərini avtomobil qəzasında itirdiyini söyləyib.
“Sevərək ailə qurmuşduq. Bizim məhəbbətimizi bütün Biləcəri bilirdi. Qızıma hamilə idim. O öləndən sonra övladımız dünyaya gəldi. Qəza keçirdiyi gün onunla küsülü idik. Ölməzdən qabaq zəng etmidşi, acıladım, danışmadım. Sonra yenə zəng etdi, açmadım. Kaş açaydım. Bu peşmanlığı ömrüm boyu yaşayacam”.
Ülviyyə Namazova ikinci nikahdan da qızı doğulduğunu bildirib.