Dövlət xərclərinə nəzarətin artırılması əsas vəzifələrdən biridir - Komitə sədri

 

“Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət xərclərinə nəzarətin artırılmasını, maliyyə intizamının, resurslardan istifadənin səmərəliliyin səviyyəsini yüksəldilməsini bütün dövlət oranlarının diqqət mərkəzində olmalı olduğunu əsas vəzifələrdən biri kimi müəyyən edilib. Qarşıya qoyulan bu tapşırığa əməl edilməsində mühüm missiya yerinə yetirən, kənar dövlət maliyyə nəzarətini həyata keçirən, Milli Məclsin bu proseslərə effektiv nəzarətinin artmasında mühüm analitik məlumat mənbəyi rolunu oynayan Hesablama Palatasının fəaliyyəti, bu fəaliyyətin güclənməsi və səmərəliyinin artması bizim əsas hədəflərmizdən biridir”.

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  sədri Tahir Mirkişili parlamentdə hesabalama Palatasının illik hesabatının müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, Palatanın fəaliyyətindəki güclü və zəif tərəflərin hesabatda şəffav əks olunması bu istiqamətdə açıq və səmərəli müzakirələrin aparılmasına şərait yaradıb.
“Hesabatın geniş, informativ olmasını, qısa icmalın və təqdimatın hazırlanmasını müsbət qiymətləndiririk. Təqdim edilmiş materiallarda palatanın hesabat ilindəki fəaliyyəti barədə əsasən məlumat almaq mümkündür”, - o qeyd edib.

Deputat əlavə edib ki, maliyyə auditinin əhatə dairəsinin 8.6 mlrd manata, uyğunluq auditinin əhatə dairəsinin isə 5.8 milyard manata yüksəlməsini müsbət hal olaraq qeyd edirik: “Hesabatda 2 və daha çox sayda audit keçirilmiş obyektlərin 69.6%-də maliyyə intizamının nisbətən güclənməsi qeyd edilib. Bu göstəricidən çıxış etsək, nəzarət tədbirlərini həm maliyyə, həm də fəaliyyət baxımından əhatə dairəsinin davamlı olaraq genişlənməsini vacib sayırıq. Səmərəlilik auditinin fəaliyyət üzrə əhatə dairəsinin genişlənməsi bir çox maliyyə pozuntularının səbəblərinin erkən aradan qaldırılması üçün faydalıdır. Audit sahəsində aparılan araşdırmalar da göstərir ki, nöqsan və çatışmamazlıqların erkən müəyyən edilməsi dəyən zərərin əhəmiyyətli hissəsinin qarşısının alınmasına imkan yarada bilir və bu daha səmərəli fəaliyyətdir.  

Ümumiyyətlə, müzakirələr göstərir ki, auditlərin sayı və əhatə dairəsinin artması üçün bir sıra istiqamətlərdə əlavə tədbirlərin görülməsinə və resursların artırılmasına ehtiyac vardır. Fikrimizcə, nəzarət tədbirlərinin orta davam etmə müddətinin qısaldılması, dövlət orqanlarında elektron uçot sisteminin tətbiqinin genişləndirilməsi, dövlət maliyyə məlumatlarının vahid elektron bazasının yaradılması, elektron büdcə sisteminə keçid, suni intellektə əsaslanan risklərin müəyyən edilməsi bu hədəfə çatmağa imkan verə bilər. Əks halda Palatanın ştat vahidlərinin sayının artırılması kimi klassik tədbirlərə ehtiyac yaranacaqdır”.

Deputat onu da əlavə edib ki, Palata tərəfində dövlət büdcəsi gərlilərinn 95.4%, xərclərinin isə 77.6% nin auditinin aparılmasını mövcud imkanlar çərçivəsində məqbul hesab edirik.
Hesabat ilində palata tərəfindən monitorinq fəaliyyətinin genişləndirilməsini, verilən təkliflərini izlənməsinin artırılmasını təqdirə layiq hal hesab edirik. Ümumiyyətlə, düşünürük ki, hər il nəzarət tədbirləri zamanı aşkar edilən nöqsanların təkrarlanması bu halların olmaması üçün verilən bütün təkliflərin izlənməsini vacib edir. Bunu üçün müəyyən marifləndirici alətlərdən də istifadə edilməsini vacib sayırıq.

Hesabatda 2023-ci ildə aparılan  31  uyğunluq  auditindən  27-də  büdcə qanunvericiliyinin pozulması, yenə 27-də   dövlət   satınalmaları qaydalarının pozulması, hallarına rast gəlinməsi göstərilib. Ümumilikdə pozuntu hallarının say olaraq çox olması bu sahədə ixtisaslı kadrların daha çox hazırlanmasını və elektronlaşmanın tətbiqinin sürətlənməsini günümüzün vacib tələbinə çevrilib.

Qeyd etmək istərdim ki, son zamanlar bu istiqamətdə qanunvericilikdə edilən dəyişikliklər nəzarət mexanizmlərinin innovativ həllər üzərində qurulmasının dövlət siyasəti olduğunu göstərməkdədir. Bunula yanaşı, hesabatda göstərildiyi kimi, biz də dövlət orqanlarında daxili nəzarət mühitinin gücləndirilməsini, dövlət vəsaitinin proqnozlaşdırılması prosesinin təkmilləşdirilməsni, xərclərin düzgün rəsmiləşdirilməsini prosesinin gücləndirilməsini vacib sayırıq. Eyni zamanda, hesabatda göstərilən dövlət orqanlarında tez-tez rast gəlinən nöqsanlar bizə bir daha qanunvericilik aktlarında təkmilləşmələr aparmağa, hökumətə isə qəbul etdiyi qayda və normativləri yeniləməyə sövq edir.

Hesabatda platanın fəaliyyətində vətəndaşa yönəlik təkliflərinin icrası ilə bağlı məlumatların dərc edilməsini yüksək qiymətləndirik. Vətəndaşlara onlayn olaraq bu və ya digər sahədə və dövlət orqanında audit aparılması ilə bağlı təşəbbüslə çıxış etmək imkanının yaradılmasını təqdirə layiq hal hesab edirik. Bu addım həm də parlamentçilik ənənəsinin maliyyə nəzarəti alətləri ilə zənginləşdirilməsi anlamına gəlməkdədir”.

Mürtəza
Ölkə.Az

1.0028290748596