"Xoş və şad xəbərlər var – “rusməramlılar” yavaş-yavaş məmləkətimizi tərk etməyə başlayıb".
Demokratikmusavat.com xəbər verir ki, bunu REAL partiyasının funksioneri Natiq Cəfərli deyib.
N.Cəfərli bildirib ki, 44 günlük Vətən savaşından sonra bəlli bir marginal qrup var idi, aylarla hamımızın ürəyimizi bulandırdılar, “hanı Xankəndi, Xocalı, Xocavənd”, bağıraraq, guya siyasi mübarizə aparmağa çalışdılar: "2023-cü ildə Azərbaycan ordusu 24 saata bu məsələni, özü də Rusiya “silhməramlılarını” tapdalayaraq, vurub-keçərək həll etdi, həmin marginal qrup utanmadı, çıxıb heç olmasa, üzr belə istəmədi. Sonra eyni qrupun nümayəndələri məntiqə, ağıla, həta real informasiyaya zidd olaraq iddia etməyə başladılar ki, bizə bütün qələbələri Rusiya “bağışladı”, ruslar heç vaxt Qarabağdan çıxmayacaqlar, hətta orda böyük hərbi baza yaradacaqlar və s. – bu tipli mənasız “tezislərlə” ortalığa atıldılar. Öz kiçicik beyinciklərində düşünürdülər ki, Azərbaycanı ruspərəst göstərsələr, Qərb buna görə onlara dəstək, hakimiyyətə köstək olacaq – bu qədər savadsız və mənasız yanaşma ilə ürək bulandırırdılar. Biz hər dəfə fakt və məntiqi analizə, “Azərbaycanın yeganə müttəfiqi qardaş ölkə, NATO üzvü olan Türkiyədir, ölkənin hərbi-təhlükəsizlik, xarici siyasət məsələləri tam koordinasiya olunur, rəsmi Bakı Kremlin bütün maneələrinə rəğmən Xankəndi və ətrafını nəzarətə götürüb ərazi bütövlüyümüzü bərpa etdi, suverenliyimiz bərqərar oldu”, deyəndə bizə qarşı qara PR aparırdılar".
"Onsuz da o kiçicik qrup siyasətin arxivinə gedib-gedir, sadəcə məni narahat edən odur ki, onların mənasız "analiz"lərinə inanan az saylı səmimi insanlar da var və bir də siyasi səhnəni bəsitləşdirirlər, ciddi diskursa nə ağılları, nə də bilikləri çatmır deyə, daim diskussiyanı sadə və içiboş tezislər, bəlli mənasız əzbərlərin içinə çəkirlər" - N.Cəfərli əlavə edib.