"Qərb üçün Ermənistan iqtisadiyyatı maraqsızdır, onlar Azərbaycana sərmayə qoyurlar".
Demokratikmusavat.com xəbər verir ki, bunu erməni siyasətçi Mesrop Arakelyan öz Feysbuk səhifəsində yazıb.
Arakelyanın sözlərinə görə, Ermənistan hakimiyyəti tərəfindən aparılan iqtisadi siyasət iqtisadi sahədə ciddi nəticələr vermir: "Görünən odur ki, hakimiyyətin qərbyönlü siyasəti ilə belə, Ermənistan iqtisadiyyatı Qərb üçün maraqsız olaraq qalmaqda davam edir.
Ermənistanda hər il həyata keçirilən birbaşa xarici investisiyaların ümumi həcmi bir ciddi Qərb şirkətinin investisiyalarının həcminə də çatmır.
Əslində, hakimiyyətin apardığı iqtisadi siyasət iqtisadi sahədə də ciddi nəticələr vermir.
Maraqlıdır ki, Qərb dövlətləri investisiya cəlbediciliyi baxımından Azərbaycana fəal şəkildə sərmayə yatırmaqda davam edir.
Ermənistan tərəfindən qeydə alınan göstəricilər onu göstərir ki, hakimiyyət heç bir sahədə beynəlxalq tərəfdaşlarla yüksək keyfiyyətli əlaqə qura bilmir”.