Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyəti uzadıla bilər

 

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının fəaliyyəti daha 2 il uzadıla bilər.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bu məsələ ilə bağlı müzakirələr gedir.

Hökumət başçısının sözlərinə görə, bu məsələ Praqada keçirilən dördtərəfli görüşün nəticəsidir: “Praqa görüşünün növbəti ən mühüm razılaşması Ermənistan və Azərbaycanın Alma-Ata bəyannaməsi əsasında iki ölkə arasında sərhədin demarkasiyasına razılıq verməsidir. Bu o deməkdir ki, Ermənistanla Azərbaycan arasında yeni sərhəd xətti olmayacaq”.

Baş nazir qeyd edib ki, Praqa sazişləri və Alma-Ata bəyannaməsi uzunmüddətli sabitlik və sülhə töhfə verə bilər: “Praqada keçirilən dördtərəfli görüş Cənubi Qafqazın sabit və dinc olmasının açarıdır. Bu, həmçinin Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün əsasdır”.

 

0.20725893974304