İrandan buna görə təzminat alınmalıdır - Deputat

 

İran və Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən xalqımıza məxsus tarixi, mədəni əsərlərimizi, xalçalarımızı öz məhsulu kimi xarici ölkələrdə satırlar.

Ölkə.Az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, özü xarici ölkələrdə belə faktların şahidi olub. “İranlılar və ermənilər işğal olunmuş ərazilərdəki dağıdılıb məhv etdilən məscidlərdən, mədəniyyət evlərindən, muzeylərdən, kitabxanalardan dəyərli mədəniyyət, incəsənət, tarixi sənət əsərlərimizi, xalçalarımız, kitabları, dini ədəbiyyatı apararaq öz adları adı altında satırlar. Nə qədər abidələri məhv edilib, özləri ilə aparıblar. Ona görə də bu məsələ beynəlxalq məhkəmələrə verilməli və təzminat alınmalıdır. Satılan  mədəni, tarixi irsimizə məxsus əşyalar ölkəyə qaytarılmasına nail olunsun”, - deputat qeyd edib.

Mürtəza
Ölkə.Az

0.19615387916565