Rus sərhədçiləri Paşinyanın tələbi ilə Azərbaycan sərhədindədir - Səfir

 

Rusiya sərhədçilərinin Ermənistanla Azərbaycan sərhədinə yerləşdirilməsinin səbəbi məlum olub.

Ölkə.Az xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin rus sərhədçilərinin Ermənistanla Azərbaycan sərhədinə yerləşdirilməsi məsələsinə aydınlıq gətirib.
Rusiya sərhədçiləri Ermənistanın baş naziri Nikola Paşinyanın tələbi ilə Ermənistanın Azərbaycanla sərhədində dayanıblar, rusiyalı səfri deyib.

Kopırkin vurğulayıb ki, müşahidə məntəqələri 2020-ci ildə vəziyyətin sabitləşməsinə kömək etmək üçün Rusiya hesabına yerləşdirilib. O əlavə edib ki, Ermənistan tərəfi bu addımı heç vaxt qanuniləşdirməyib.

Mürtəza
Ölkə.Az

0.20516014099121