BMT-də islamofobiya ilə mübarizəyə dair qətnamə qəbul edilib - Ekspert 

 

 BMT-də islamofobiya ilə mübarizəyə dair qətnamə qəbul edilib.

Demokratikmusavat.com xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi deyib. 

Onun sözlərinə görə, sənədin qəbul edilməsində Pakistan dövlətinin mühüm rolu var və sənəddə müsəlmanlara qarşı zorakılığın qarşısının alınması , Quranın təhqir olunmasına qarşı xüsusi maddələr yer alıb.

"Qətnamənin qəbul olunmasına bitərəf qalan ölkələr arasında Avropa ölkələri ilə birlikdə Ukraynanın da olması təəssüf doğurur. Qətnamənin lehinə səs verən ölkələrin içində Rusiya, Belarus, Yaponiya,Çin, Yeni Zelandiya və Serbiya kimi İslamın hakim din olmadığı ölkələrin obyektiv yanaşmalarını görürük və digər tərəfdə isə insan haqları, ədalət, bərabərlik, dözümlülük, tolerantlıq, humanizm prinsipləri mühitinin sanki başqa dinlərə və irqlərə qarşı tətbiqinə qısqanclıq hissləri ilə yanaşan bir qitə görünür. Hansı ki, bütün dünyaya və bütün insani dəyərlərə xəyanət edən bir qitə."

0.21625709533691