Vaxtında etiraz edərdin - Deputata sərt reaksiya 

 

“Deputat Fəzail Ağamalı deyir ki, bu gün Novxanıdan Milli Məclisə iki saata gəlib. Amma Fəzail bəy yol qırağında bina tikilməsinə etiraz etsəydi, məsələni parlamentdə və ya aidiyyəti qurumlar qarşısında qaldırsaydı vəziyyət bu həddə çatmazdı”.

Ölkə.Az xəbər verir ki, bunu parlamentdə  dinləmələr zamanı nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, tıxacların yaranmasının bir səsəbi də ticarət obyektlərinin və mənzillərin yol qırağına yaxın tikilməsidir.

Tıxacların həlli yolundan danışan Muradlı əlavə edib ki, regionlarda iş yerləri açılmalıdır. “Bu məsələni hökumət üzvləri müzakirə etməlidir”, -  ekspert qeyd edib.

Mürtəza
Ölkə.Az

0.25807404518127