İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

 

President.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Fevralın 7-də keçirilən seçkidə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İspaniya Hökumətinin adından Sizə təbrikimi çatdırıram.
Yeni mandatınız dövründə Sizə bol uğurlar arzu edir və son illərdə irəliləyişlərin nəzərə çarpdığı iqtisadi sahə də daxil olmaqla İspaniya Hökumətinin ölkələrimiz arasında əlaqələrin inkişafını davam etdirmək istəyini Sizə bildirir, qarşılıqlı faydalı əməkdaşlığın böyük potensialının mövcud olduğunu qeyd edirəm.

Həmçinin bu günədək sülh yolunda göstərilən səyləri davam etdirmək üçün lazım olanı arzulayır, Qafqaz regionu üçün tezliklə ədalətli, davamlı və beynəlxalq hüquq tərəfindən hörmətlə qarşılanan sülhün olması istəyimi Sizə çatdırıram. Bilirsiniz ki, bunun üçün İspaniyanın və Avropa İttifaqının dəstəyi Sizinlədir.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə dərin ehtiramımı çatdırıram”.

0.34878206253052