Türkiyə Ermənistanda fəallaşan Fransaya Rusiyadan dəstək şübhəsilə hərəkətə keçib.
Demokratikmusavat.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Akop Badalyan deyib.
Ekspert xatırladıb ki, 2022-ci ilin iyulundan bəri Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü olmayıb:
“Aylar sonra Antalyada Diplomatiya Forumunda Türkiyə nümayəndəsi Sərdar Kılıç erməni həmkarı Rubinyana gələn həftə İrəvanda görüşməyi təklif edib. Qənaətimə görə, xüsusi nümayəndələrin görüşlərində uzunmüddətli fasilədən sonra Türkiyə Fransaya qarşı rəqabət xətti açmaq məqsədilə bu təklifi verib. Fikrimcə, Ankarada Fransanın fəallığına Rusiyanın hakim elitasından dəstək verildiyi şübhəsi var.
Söhbət təkcə Qafqazdan getmir. Bir neçə gün əvvəl Fransa Prezidenti Makronun Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı açıqlaması maraqlı gediş idi. Əslində, Makron bu açıqlama ilə bütün digər aktorları belə bir şeyə yol verilə bilməyəcəyini bəyan etməyə məcbur etdi. Müasir dillə desək, Makron NATO üzvlərini trolladı. İndi bunun kimə (Rusiyaya) faydası ola bilər?”.
Badalyanın özü də Rusiya və Fransanın Ermənistanla bağlı gizli işbirliyində olduğunu istisna etməyib.(Teleqraf.com)