Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində iraqlı həmkarı Fuad Hüseyn ilə görüşüb.
Paralel.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Görüş zamanı dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, müxtəlif sahələrdə əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluq vurğulanıb.