Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində martın 2-də Lüksemburq Böyük Hersoqluğunun Baş nazirinin müavini, xarici işlər və xarici ticarət naziri, əməkdaşlıq və humanitar məsələlər naziri Xavier Bettel ilə görüş keçirib.
Demokratikmusavat.com-a XİN-dən verilən məlumata əsasən, görüşdə son zamanlar Azərbaycan-Lüksemburq təmaslarında müşahidə olunan canlanma məmnunluqla qeyd edilərək, ölkələrimiz arasında siyasi dialoqun vacibliyi vurğulanıb.
Xəbərə əsasən, Azərbaycan ilə Lüksemburq arasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün qarşılıqlı səylərin fəallaşdırılmasının, siyasi dialoqun, qarşılıqlı səfərlərin zəruriliyi qeyd olunub.
Görüş zamanı, Ermənistanın Azərbaycana qarşı təcavüzü və 30 ilə yaxın davam edən işğalı, Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib.
***
13:11
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Lüksemburqun xarici işlər naziri Ksavye Bettel (Xavier Bettel) ilə görüşüb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Görüş zamanı Azərbaycan ilə Lüksemburq arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişafı müzakirə olunub.
In the margins of @AntalyaDF, Foreign Minister @Bayramov_Jeyhun met with @Xavier_Bettel, Deputy Prime Minister, Minister for Foreign Affairs of Luxembourg and held discussions on the current state of ??-?? cooperation and future prospects. pic.twitter.com/3fWUuk7T2n
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) March 2, 2024